Beynəlxalq Bankın rəhbəri dəyişdi- FOTO
08.12.2016 945 0.0 0

Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə Heyətinin sədri Elmar Məmmədov vəzifəsindən kənarlaşdırılıb. Bank sektorundan əldə etdilən məlumata görə, müvafiq qərar ABB-nin Müşahidə Şurasının iclasında verilib.

 

Müşahidə Şurasının digər qərarı ilə Xalid Əhədov E. Məmmədovu əvəzləyib. Xatırladaq ki, X. Əhədov dekabrın 2-dən etibarən "Azər Türk Bank" ASC-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edib.
 

X. Əhədovun yerinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, həm ABB, həm də "Azər Türk Bank" dövlət banklarıdır./APA/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar