Bu gün saytımıza bir qrup hərbçi zəng edərək Beynəlxalq Bankın Mingəçevir filialında onların maaş kartlarına kobud müdaxilə olunduğu haqda məlumat veriblər.
Məlumat verən N saylı hərbi hissənin hərbi qulluqçuları bildirilər ki, maaşlarını Beynəlxalq Bank vasitəsilə aldıqları üçün həmin bank tərəfindən hərbçilərə müxtəlif tipli kredit götürmək imkanı verilib və hərbiçilər də bu imkandan yararlanıb. Bu günə kimi kreditlər vaxtı-vaxtında ödənilsə də, bu ay bank özbaşına olaraq hərbçilərin maaş kartından borcun 2-3 qatını silib.Hazırda N saylı hərbi hissədən bizə məlumat verən mənbə 10 nəfərə yaxın hərbi rütbəli şəxsin qeyd edilən qanunsuzluqla rastlaşdığını bildirib.
Hərbcilərin bildirdiyinə görə Beynəlxalq Bankın Mingəçevir filialına bu barədə etiraz olunsa da onlar məsələyə heç bir aydınlıq vermir və telefon zənglərinə cavab verməkdən yayınırlar.Xatırladaq ki, araşdırmamıza görə oxşar hal Beynəlxalq Bankın Gəncə filialında da qeydə alınıb.
Məlumat üçün bildirək ki , vəziyyətin belə hal alması əhali arasında bu günlərdə dolların kəskin bahalaşmasının gözlənildiyini haqda gəzən fikirlərin inandırıcı olmasına şərait yaradıb.
Bu səbəbdən də maaşını Beynəlxalq Bankdan aldığı üçün oradan kredit götürmək imkanından istifadə edən bir sıra vətəndaşa qarşı olan bu hal, bankın təşviş içində olması və tələsik pullarını geri çəkmək kimi fikirlərin yaranmasına əsas verib.
Qazeta.info bildirir ki, məsələ ilə əlaqədar qarşı tərəfin də fikirlərini dinləməyə hazırıq.