Amerikalı meteoroloqlar qrupu Atlantik okeanındakı Bermud üçbucağı fenomeninə izah verə biləcək qeyri-adi, altıbucaqlı buludlar aşkar edib.
Məlumata görə, ABŞ alimləri Florida, Bermud adaları və Puerto-Riko arasındakı 500 min kilometrlik ərazidə yerləşən Bermud üçbucağı fenomeninin sirrini çözüb.
Kolorado Ştatı Universitetinin meteoroloqu Stiv Millerin sözlərinə görə, bu ərazidə baş verən çoxsaylı, dəhşətli faciələrin səbəbi fəzadakı anomaniyalar ola bilər: “Yeni araşdırma göstərdi ki, Bermud üçbucağının üzərində altıbucaqlı buludlar mövcuddur. Onlar kosmosdan çəkilmiş fotolarda aydın görünsə də, mənşəyi hələ bəlli deyil. Ola bilsin ki, bu qəribə formalı buludların yaranmasına səbəb fəzada baş verən qısamüddətli külək şiddətidir”.
Alimlər bu külə şiddətini bomba partlamasına bənzədir. Bu anomal buludların hesabına yerə istiqamətlənmiş güclü külək həmlələri yaranır. Onlar okeanın səthinə təsir göstərərək 40 metr hündürlüyündə dalğalar əmələ gətirir və bu dalğalar da istənilən gəmini məhv etmək iqtidarında olur.
Həmçinin, bu buludlar səmada turbulentlik yaradır ki, bu da öz növbəsində təyyarələr üçün ölümcül təhlükəyə səbəb olur.
Külək həmlələrinin gücü elə böyükdür ki, onlar istənilən təyyarəni okean sularına qərq etməyə qadirdir. Alimlərin fikrincə, bu buludlar adətən sabit həndəsi fiqur formasında və ya düzbucaq şəklində olmur.
Hazırda meteoroloqlar belə anomaliyaları meydana gətirən amilləri araşdırmaq niyyətindədir./axar.az/