Berlin Almaniyanın ən təhlükəli şəhəri elan edilib
22.04.2017 616 0.0 0

Berlin Almaniyanın ən təhlükəli şəhərlərinin reytinqinə başçılıq edir.

Məlumata görə, bu barədə "Die Welt" nəşri xəbər verib.

Xəbərdə bildirilir ki, 2016-cı ildə paytaxtda hər 100 min sakinə 16161 cinayət qeydə alınıb. Rəsmi statistikanı bazar ertəsi Almaniyanın daxili işlər naziri Tomas de Mezyer təqdim edəcək.

Siyahıda cinayət hallarının sayına görə ikinci yerdə Leypsiq (hər 100 min sakinə 15811 qanun pozuntusu) qərarlaşıb. Üçüncü yerdə isə hər 100 min sakinə 15671 cinayət hadisəsinin düşdüyü Frankfurt Mayn dayanır. Qeyd edək ki, 2015-ci ilin yekunlarına görə ölkənin ən təhlükəli şəhəri məhz Frankfurt Mayn elan olunmuşdu.

Ölkənin ən təhlükəsiz şəhəri yenidən Münhen elan olunub. Bu şəhərdə cinayətlərin sayı Berlinlə müqayisədə 2 dəfə - hər 100 min sakinə cəmi 7909 qanun pozuntusu – azdır.

Almaniyanın ən təhlükəsiz şəhərləri siyahısında həmçinin Auqsburq, Oberhauzen və Visbadenin də adları var. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar