Belarus XİN: Erməni deputatların təklifinin hüquqi əsası yoxdur
09.02.2017 654 0
“Belarusun Aleksandr Lapşinə görə Kollektiv Təhlükəlilik Müqaviləsi Təşkilatından xaric edilməsinin hüquqi əsası yoxdur”.
“RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Ermənistan parlamentinin bəzi deputatlarının müvafiq təklifinə münasibət bildirən Belarus XİN mətbuat katibi Dmitri Mironçik deyib.
”Bloger Aleksandr Lapşinin Azərbaycana verilməsinə görə erməni millət vəkillərinin Belarusu KTMT-dən xaric etməyin məqsədəuyğun olması kimi təkliflərinin heç bir hüquqi əsası yoxdur”, - deyə o, söyləyib. /apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər