Belarus səfiri Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb
08.02.2022 284 0.0 0

Belarusun Ermənistandakı səfiri Aleksandr Konyuk Xarici İşlər Nazirliyinə çağırılıb.

Bildirək ki, bu barədə TASS-a açıqlamasında Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan məlumat verib.
Görüşün təfərrüatları isə açıqlamayıb.

Diplomat Belarus Prezidenti Aleksandr Lukaşenkonun Ermənistanın postsovet məkanında ölkələrin birləşməsi prosesində üzvlüyünün perspektivləri ilə bağlı bəyanatından sonra Xarici İşlər Nazirliyinə çağırılıb.

Lukaşenko rusiyalı jurnalist Vladimir Solovyova müsahibəsində postsovet məkanında suveren dövlətlərin birləşməsi perspektivlərindən danışarkən “Ermənistanın gedəcək yeri yoxdur” açıqlamasını verib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar