Belarus Rusiyanı məhkəməyə verib
03.02.2017 977 0
Belarus hökuməti Rusiyanı məhkəməyə verib.
RBC-ya istinadən verilən məlumata görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko keçirdiyi brifinqdə deyib.
O bildirib ki, buna səbəb Rusiya neftinin Belarus ixracının azalmasıdır.
“Mübahisə yalnız qazla bağlı idi. Lakin onlar neft ixracını azaltdılar. Anlaşmalarımıza əsaslanaraq, məhkəməyə müraciət etdik”, - deyə o qeyd edib.
Lukaşenko mövcud durumun anormal adlandırıb: “Belarus Rusiya ilə bağladığı heç bir müqaviləni pozmayıb. Rusiya hakimiyyəti isə bəzən belaruslu məmurlara yuxarıdan aşağı baxır. Rusiya nefti olmadan da keçinə bilərik. Lakin bu, çətin olacaq”. /apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər