BDU-nun qadın müəllimi faciəli şəkildə ölüb - FOTO
16.01.2016 979 0.0 0

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Humanitar fakültələr üzrə rus dili kafedrasının baş müəllimi Tamara Xaspoladova faciəli şəkildə vəfat edib.

Qazeta.info “Report”-a istinadla xəbər verir ki, 75 yaşlı T.Xaspoladova mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçirib və zərərçəkmişi huşsuz vəziyyətdə aşkar ediblər. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı vətəndaşın vəfat etdiyi müəyyən olunub.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar