Qazeta.info-ya Beynəlxalq Diaspor Mərkəzindən (BDM) verilən məlumata görə, BDM sədri İsmayıl Ağayev Əmək və ƏhalininSosial Müdafiəsi naziri Səlim Müslümovla görüşüb. Görüşdə BDM-in təşəbbüsü vətəşkilatçılığı ilə əlil və aztəminatlı ailələr üçün təmənnasız tibbi müayinələrin keçirilməsivə bu istiqamətdə gələcəkdə görüləcək işlərlə bağlı müzakirələr aparılıb. BDM sədrigörüşdə bildirib ki, Sumqayıtda fəaliyyət göstərən "Uğur" klinikası və Azərbaycan-İsrail Tibb Mərkəzinin xətti ilə təkcə 4 ayda 286 əlilə təmənnasız çekap müayinə xidmətigöstərilib. Bu istiqamətdə Əlil Sahibkarlar İB ilə əməkdaşlıq nəticəsində gələcəkdə bukimi daha böyük aksiyaların keçirilməsinin nəzərdə tutulduğunu da diqqətə çatdırıb.
Görüşdə iştirak edən Azərbaycan-İsrail Tibb Mərkəzinin rəhbəri Aleksandr Şapiro Suliman öz növbəsində tibb mərkəzinin bu kimi xeyirxah aksiyalar keçirməsindənməmnunluq hissi duyduğunu və gələcəkdə hətta rəhbərlik etdiyi tibb mərkəzinin xətti ilə müalicəyə ehtiyacı olan Əlillərin İsraildə müalicəsinin təşkilinə dəstək göstərəcəklərini də xüsusi vurğulayıb. Səmimi keçən görüşdə Səlim Müslümov da öz növbəsində BDM sədrinə və Azərbaycan-İsrail Tibb Mərkəzinin rəhbərinə keçirilən bu aksiyaları alqışlayaraq təşəkkürünü bildirib və bu istiqamətdə nazirliyin əməkdaşlığa hazır olduğunu da qeyd edib.