Bayram yarmarkalarının yeri açıqlandı
01.03.2016 1101 0.0 0

Novruz bayramı ilə əlaqədar kənd təsərrüfatı yarmarkalarının keçiriləcəyi ünvanlar açıqlanıb. Yarmarkalar Baskı ilə yanaşı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində də təşkil ediləcək.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirib ki, əhalisinin kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, bazarlarda qiymətlərin süni surətdə artırılmasının qarşısının alınması məqsədi ilə keçirilən yarmarkalar mart ayının 12-dən başalayacaq və 20-dək davam edəcək. 

Yarmarkaların baş tutacağı ünvanlar bunlardır:

Bakı şəhəri üzrə: 

- Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, Bakı kinoteatrının yaxınlığı

- Nərimanov rayonu, Keşlə bazarının ərazisi;

- Səbail rayonu, Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, Məktəbin arxası

- Suraxanı rayonu, Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi 4, 3 saylı Xüsusi Təyinatlı Mənzil-kommunal Təsərrüfat Birliyinin yanı

- Binəqədi rayonu , Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, Elit Ticarət Mərkəzinin yaxınlığı.

Sumqayıt şəhəri üzrə (2 yerdə):

 -12-ci mikrorayon

 -köhnə avtovağzalın yanı

Abşeron rayonu üzrə:

- Xırdalan qəsəbəsi (Şahmat məktəbinin yanı)


Nazirlikdən onu da bildirdilər ki, yarmarkaların mütəmadi keçirilməsi üçün nazirliyin mütəxəssislərindən ibarət işçi qrupları yarmarkalara təhkim olunaraq satılan kənd təsərrüfatı məhsullarının keyfiyyətinə, istehlak üçün yararlı olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar