Bayden 1,2 trilyon dollarlıq infrastrukturun inkişafı planını imzalayıb
16.11.2021 388 0.0 0

ABŞ Prezidenti Cozef Bayden ölkə infrastrukturunun inkişafına 1 trilyon dollardan çox vəsaitin ayrılmasını nəzərdə tutan qanun layihəsini imzalayıb.

Məlumata görə, C.Baydenin qanun layihəsini imzalaması Ağ Evin rəsmi saytında canlı yayımlanıb.

Xatırladaq ki, sözügedən plan avqust ayında Senat, bu ayın əvvəlində isə Konqresin Nümayəndələr Palatası tərəfindən təsdiqlənib.

Qeyd edək ki, infrastrukturun inkişafı planı iqtisadiyyatın müxtəlif sahələrinə ümumilikdə 1,2 trilyon dolların ayrılmasını nəzərdə tutur./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar