Başını 60 min arı örtdü - VİDEO
18.05.2017 958 0
Hindistanda yaşayan və "Nature M.S." kimi tanınan 21 yaşlı gənc unikal tryuk edib.
Hindustan Times-ə istinadən bildirilir ki, onun başını 60 min arı örtüb.
5 yaşından bəri arı saxladığını deyən gəncin dediyinə görə, arılar onu sancmır. Əksinə, üzünü "masaj" edirlər.
Hindistanın Kerala ştatındakı Trissur bölgəsində yaşayan 21 yaşlı tələbə 1500 arı pətəyinə malikdir.
"Arılarımla aramda anlayış, əlaqə var. Bu arılar mənimçün milçək təki təhlükəsizdir", - "Nature" kimi tanınan gənc deyib./Milli.az/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər