Baş Qərargah: Türkiyədəki suriyalı qaçqınlar Afrinə qayıdır
23.03.2018 758 0
Məcbur olaraq Afrini tərk edərək Türkiyəyə yerləşmiş suriyalı qaçqınlar evlərinə qayıtmağa başlayıb. Məlumata görə, bu barədə Türkiyə Silahlı Qüvvələri (SQ) Baş Qərargahının başçısı Hulusi Akar bildirib.
Bildirilir ki, Türkiyə Silahlı Qüvvələri "Zeytun budağı" əməliyyatı çərçivəsində dinc sakinlərin heç bir zərər görməmələrinə xüsusi diqqət ayırıb.
Qeyd edək ki, martın 18-də Türkiyə Silahlı Qüvvələri Afrin şəhərini PYD və YPG terrorçularından azad edib.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər