Baş Prokurorluqda 6 saat dindirilən nardaranlı danışdı (Eksklüziv)
10.12.2015 568 0.0 0

Qazeta.info bildirir ki, Nardaran hadisələri ilə bağlı dekabrın 9-da Baş Prokurorluğa çağırılan kənd sakini Natiq Kərimov dindirilməsi barədə Trend-ə açıqlama verib.

N.Kərimov bildirib ki, o Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində 6 saat dindirilib: "Dünən şəhərə gedirdim. Postda saxladılar ki, polis rəisi çağırıb. İki polis postdan məni Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə apardı. Tam sərbəst halda mənimlə sual-cavab etdilər. İfadə almadılar. Sadəcə, "Müsəlman Birliyi" barədə və həmin birliyin üzvlərini necə tanıdığımı soruşdular. Bildirdim ki, həmin şəxsləri dindar kimi tanımışam və onların bu vaxta qədər hansısa artıq hərəkətlərini görməmişəm. Məndən onların terror hazırlamağından xəbərdar olub-olmadığımı soruşdular. Bildirdim ki, bu barədə heç nə eşitməmişəm".

N. Kərimov deyib ki, dindirilmə zamanı Nardaran sakinlərinin sabitliyə riayət etməsini də istəyiblər: "Mənə dedilər ki, Nardaranda sakinlərə deyim ki, sabitliyi pozmasınlar. Bildirdim ki, bu işdə sizin də köməkliyiniz lazımdır".


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar