Yaz qabağı uşaqlarda allergik xəstəliklərin sayı artır.
Bunu açıqlamasında Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev deyib.
Baş pediatr valideynlərə xəbərdarlıq edir ki, yaz aylarında uşaqları vitaminlə zəngin qidalarla bəsləsinlər:
“Yaz qabağı uşaqlarda avitaminoz dövrü yəni vitamin çatışmazlığı dövrü başlayır. Bu dövrdə də allergik xəstəliklərin sayı artır. Buna görə də alergiyaya qarşı proflaktik tədbilər görülməlidir. Allergiya əleyhinə müəyyən pereparatlar təyin edilməlidir. Bundan başqa uşaqlara polivitaminlər müəyyən edilməldir. Bu tədbilərdə ona görədir ki, uşaqlarda xroniki xəstəliklərin sayı azalsın.
Xatırladaq ki, ötən il uşaqların icbari dispanterizasiyası ilə bağlı qanun qüvvəyə minib. İlin əvvəlindən axırına kimi uşaqların burada icbari müayinəsi aparılır. Sağlam, xəstəlik riski olan və xəstə uşaqlar müəyyən edilir. Bundan başqa yazqabağı uşaqların müayinə müalicəsi də icbari dispanterizasiyası da yer alıb./anspress/