Baş nazirin müavini MM-də xüsusi qrupun yaradılmasını təklif edib
25.12.2017 728 0.0 0

“BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı Azərbaycan Milli Məclisində xüsusi qrup yaradıla bilər”.

 

Məlumata görə, bu təkliflə Milli Məclisdə “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında parlamentin rolu” mövzusunda konfransda Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri,  baş nazirin müavini Əli Əhmədov çıxış edib.

 

Onun sözlərinə görə, parlamentdə xüsusi qrup yaradılsa, bu təsisatlanma istiqamətində daha bir addım ola bilər: “Eyni zamanda, parlamentin nəzdində yaradılacaq qurum qəbul ediləcək qanunların Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olması işinə öz töhfəsini verə bilər. Parlamentdə yaradılan qurum Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası və digər qurumlarla əməkdaşlıq edə bilər”. 
 

Ə. Əhmədov qeyd edib ki, Azərbaycan 231 statistik göstərici üzrə BMT-yə hesabat təqdim edəcək: “Bizdə statistik göstəricilərin sayı 76-dan 130-a qədər artırılıb. Digər dövlətlərdə bu göstəricilər azdır. Statistik göstəricilərin sayının 231-ə çatdırılması ilə bağlı Dövlət Statistika Komitəsi işləyir”.
 

Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov isə bildirib ki, bu təklif Milli Məclisin sədri Oqtay Əsədova çatdırılacaq. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar