İsrailin baş naziri Benyamin Netanyahunun həyat yoldaşı Sara Netanyahu sərxoş vəziyyət aşpazı döyüb və onun başında boşqab sındırıb. Məlumata görə, bu barədə iddiaları İngiltərədə nəşr olunan “The Times” qəzeti yayıb. Qəzetin xəbərinə görə, bu iddiaları daha əvvəl onların yanında çalışan işçilər Qüds məhkəməsində verdikləri ifadə vaxtı səsləndiriblər.
"The Times"də mövzu barədə xəbər
Haim adlı aşpaz Sarah Netanyahunun alkoqollu vəziyyətdə onu döydüyünü, huşunu itirmiş bir işçi üçün isə təcili yardım çağırmağa mane olduğunu deyib. Haim həmçinin xanım Netanyahunun hiddətlənərək şam yeməyi süfrəsini dağıtdığını, boşqabları yerə çırpdığını və süfrənin yenidən açılması üçün 5 dəqiqə vaxt verdiyini deyib. Aşpaz, bütün bunlar baş verərkən Benyamin Netanyahunun sakitcə tamaşa etdiyini, işçilərlə göz-gözə gəlməməyə çalışdığını bildirib.
Quy Eliyahu adlı işçi isə məhkəmədəverdiyi ifadədə, bir axşam “Gecəniz xeyrə qalsın” demədən getdiyi üçün gecənin yarısı baş nazirliyin iqamətgahına çağırıldığını qeyd edib.
Sara Netanyahu bundan əvvəl də lüks həyata olan düşkünlüyü və korrupsiya ilə mətbuatın gündəminə gəlmişdi. /anspress/