Baş nazir: Türkiyə müraciətini geri götürməyəcək
07.12.2016 840 0.0 0

Türkiyə Avropa İttifaqına (Aİ) üzvlük barədə müraciətini geri götürməyəcək, amma Brüssel də başa düşməlidir ki, təhlükəsizliyi Ankara olmadan təmin etmək mümkün deyil.

Bildirək ki, bu sözləri RİA Novosti agentliyinə müsahibəsində Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.

O qeyd edib:

“Biz Avropa İttifaqına üzvlük barədə müraciətimizi geri götürmək barədə qərar qəbul etməmişik. Belə bir fikrimiz də olmayıb. Avropa İttifaqı atacağı addımlar haqqında bizim üçün, öz gələcəyi naminə dərindən fikirləşməlidir. Aİ-nin gələcəyi və təhlükəsizliyi Türkiyəsiz mümkün deyil.”/Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar