Baş nazir jurnalın üz qabığında: `Niyə prezidentimiz olmasın?`- FOTO
27.07.2017 853 0
Kanadanın baş naziri Castin Trüdo ABŞ-ın “Rolling Stone” dərgisinin üz qabığına çıxıb.
Xarici mediaya istinadən xəbər verilir ki, siyasətçinin fotosuna “O, nə üçün bizim prezidentimiz ola bilməsin?” sözləri yazılıb. Trüdo haqda materialın dərgidə bu başlıqla verilməsinə sosial şəbəkə istifadəçilərindən cavab gecikməyib:
“Amerika Konstitusiyasına əsasən, ölkə sərhədlərindən kənarda anadan olan şəxs ABŞ prezidenti seçilə bilməz”.
Jurnalda 45 yaşlı nazirin müsahibəsi dərc olunub.
Qeyd edək ki, yaraşıqlılığı ilə gündəmə düşən Castin Trüdo Kanadanın 15-ci baş naziridir. O, Sofi Qrequarla ailəlidir. Cütlüyün 3 uşağı var. Hazırda Castin dünyanın ən məşhur siyasətçilərindən biridir. /Axsam.az/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər