Baş katib: `Belarus işğala yardım edir, NATO Ukraynanın yanındadır`
01.03.2022 338 0
“Putin sülhü məhv etdi, Belarus da işğala yardım etdi. NATO Ukraynanın yanındadır”.
Məlumata görə, bu fikirləri NATO-nun Baş katibi Yens Stoltenberq söyləyib.
“Ötən həftədə Alyansımızın şərq cinahındakı mövcudluğumuzu gücləndirdik. Bizim müdafiə məsələsindəki öhdəliklərimiz mübahisəsizdir. NATO ərazilərini müdafiə etməyə davam edəcək”, - o vurğulayıb.
Yens Stoltenberqin sözlərinə görə, NATO Rusiya ilə savaşmaq istəmir:
“Problem xoşniyyətli diplomatik yollarla həll edilməlidir. Bütün dünya sülh üçün Ukraynanın yanındadır”./report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər