Baş katib: `Avropa Şurası maliyyə böhranı yaşayır`
23.01.2018 672 0.0 0

"Avropa Şurası (AŞ) maliyyə böhranı yaşayır, Rusiya və Türkiyədən yardımların eyni zamanda azalması ilə əlaqədar olaraq fəallığını azaltmaq məcburiyyətindədir".

Bildirək ki, bunu təşkilatın baş katibi Turbyorn Yaqland AŞPA deputatları qarşısında çıxış edərkən deyib.

Baş katib təşkilatın ştat vahidini bir qədər azaltmağa məcbur olduğunu bildirib.

Qeyd edək ki, Avropa Şurasının ümumi illik büdcəsi 450 milyon avrodur.

Xatırladaq ki, ötən il Rusiya Avropa Şurasının büdcəsinə minimum təyin olunmuş ödənişin üçdə ikisini ödəməyəcəyini açıqlayıb. Eyni zamanda, AŞPA-nın tənqidlərinə cavab olaraq, Türkiyə AŞ-yə ianələrin miqdarını minimuma endirib./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar