Baş həkim: Regionlardakı təcili tibbi yardım maşınlarına kameralar quraşdırılacaq
12.03.2018 838 0.0 0

"Ölkə üzrə 12 regional tibb məntəqəsinin təcili tibbi yardım maşınlarına kameralar quraşdırılacaq. Bununla da kütləvi hadisələr və hansısa ağır yol qəzası olanda dispetçer hadisənin vacibliyini yoxlayacaq və ona uyğun olaraq yaxınlıqdakı məntəqələrdən əlavə hazır həkim briqadası göndəriləcək".

Məlumata görə, bunu Səhiyyə Nazirliyinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cəlalov deyib. 

Onun sözlərinə görə, artıq bir neçə şirkətlə danışıqlar aparılıb və yaxın günlərdə bunun tədbiqinə başlanılacaq: "Önəmli olam avtomobilləri keyfiyyətli kameralarla təmin etməkdir".

M.Cəlalov qeyd edib ki, ötən il ərzində telesəhiyyə vasitəsilə 22 ixtisas üzrə 320 pasiyentə məsafədən 369 məsləhət verilib: "Telesəhiyyə məsləhəti əsasında ixtisaslı mütəxəssislər 105 dəfə regionlara göndərilib və 79 pasiyent Bakı şəhərinin tibb müəssisələrinə köçürülüb. Telesəhiyyə vasitəsilə ən çox məsləhət reanimatologiya (çağırışların 19 %-i), neyrocərrahiyyə (14 %) və nevrologiya ixtisası üzrə mütəxəssislər tərəfindən aparılıb".

O vurğulayıb ki, telesəhiyyə vasitəsilə Zaqatalada ən çox - 30 çağırış olub. Quba 27, Bərdə 23, Gəncə, Masallı, və Lənkəranda 17 % xəstəyə məsləhət verilib./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar