Baş epidemioloq: Ölkədə infeksiyalardan ölüm faktı qeydə alınmayıb
21.02.2018 818 0.0 0

"Azərbaycanda xəstəxanadaxili infeksiyaların ləğvinə çalışırıq".


Qazeta.info APA-nın xəbərinə əsasən bildirir ki, bunu Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev deyib.

 

O bildirib ki, xəstəxanadaxili infeksiyalar epidemioloji həddi aşmayıb: "Bu gün ölkənin ən böyük xəstəxanalarında belə infeksiyalardan ölüm faktı qeydə alınmayıb".

Xəstəxanalarda hər gün dezinfeksiya işlərinin aparıldığını diqqətə çatdıran baş epidemioloq qeyd edib ki, insanlar arasında hər zaman kəskin respirator virus infeksiyaları müşahidə olunur: "Bəzi adamlar buna müxtəlif adlar qoyur. İnfeksiyaları tamamilə ləğv etmək mümkün deyil. Bu gün həmin infeksiyalar epidemioloji həddi keçməyib. Sadəcə insanlar xəstələnən zaman müvafiq tibb müəssisələrinə müraciət etməli, həkim müayinəsindən keçməli və düzgün şəkildə müalicə almalıdırlar".


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar