Barselonada avtomobil üç polis əməkdaşını vurub
17.08.2017 658 0
Barselonada avtomobil üç polis əməkdaşını vurub. “RİA Novosti”yə istinadən verilən xəbərə görə, insidentin az əvvəl şəhərin mərkəzində törədilən analoji hadisə ilə əlaqəli olub-olmaması məlum deyil.
İnsidentin sürücünün idarəetməni itirməsi nəticəsində baş verdiyi istisna olunmur.
Xəsarət alanların vəziyyəti barədə məlumat verilmir.
Qeyd edək ki, bu gün Barselonanın mərkəzindəki piyadalar üçün nəzərdə tutulmuş Rambla küçəsində naməlum şəxsin idarə etdiyi yük maşınının kütləyə çırpılması nəticəsində 13 nəfər ölüb, azı 20 nəfər xəsarət alıb. /apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər