Dünyadakı bütün insanlar fərqlidir. Zahirən bir-birinə bənzəsə də, siyam əkizləri belə bir-birindən fərqlənir. Lakin elə incə detallar var ki, bunlar insanları bir neçə oxşar qrupa ayırır. Əlimizdəki izlər də elədir.
Əl barmaqlarınızın arasındakı məsafəyə görə xarakteristikanızı müəyyən edə biləcəyiniz yazını təqdim edirik:
A) Əgər barmaqlar arasındakı məsafə böyükdürsə
Çox açıqsözlü insandır. Sadə olmaqla yanaşı həm də sözü üzə deyən, düşündüklərini gizləməyən insandır. Çoxlu dostları var və yeni insanlarla asanlıqla tanış olur.
İnsanlar bütün sirlərini bu tip biriylə bölüşməyə, məsləhətlər almağa çalışır.
B) Əgər barmaqlar arasındakı məsafə azdırsa
Kifayət qədər açıq adamdır, amma sənin şüurundakı sərhədləri özü müəyyən edir. Müəyyən qədər gərgin tiplərdir, lakin dincəlməyi və sakitləşməyi də bacarır. Ümumiyyətlə, harmonik insanlardır. Nə vaxt danışmaq, nə vaxt dinləmək lazım olduğunu bilir.
C) Əgər barmaqlar arasında məsafə yoxdursa
Olduqca qapalı insandır. İnsanları özündən müəyyən etdiyi uzaq məsafədə saxlayır.
Həyat təcrübəsi və ağlı ona insanlara inanmağa icazə vermir. Özünü alicənab və hörmətli aparır. /axar.az/