Barak Obama «böcək» qorxusu ilə otelini dəyişdirdi
28.09.2015 620 0.0 0

Nyu York səfərində hər dəfə ölkənin ən qədim və yaxşı oteli hesab olunan “Waldorf Astoria”da qalan ABŞ prezidenti Barak Obama bu dəfə öz ənənəsini pozub.Məlumata görə, buna səbəb “Waldorf Astoria” otelinin ötən il çinlilər tərəfindən satın alınmasıdır. “Anbang Insurance Group” tərəfindən 1.95 milyard dollar müqabilində satın alınan oteldə əsaslı təmir işləri aparılıb. Bu səbəbdən də Barak Obamanın oteldə “böcək” (juçok) ehtimalına qarşı ilk dəfə otelini dəyişdiyi və bu dəfə koreyalılara aid “New York Palace”də qalacağı bildirilir. 

 


Barak Obamanın qalmaqdan imtina etdiyi “Waldorf Astoria” oteli

 

Adının məxfi qalmasını istəyən iki ameriklı mütəxəssis gizli dövlət məsələlərinin çinlilərə aid oteldə müzakirəsinin ABŞ hökuməti tərəfindən qəbul olunmaz vəziyyət olduğunu bildiriblər. Bütün bu təhlükələrə baxmayaraq ABŞ-ın BMT-dəki daimi nümayəndəsi hələ də “Waldorf Astoria” otelinin 42-ci mərtəbəsində qalır. 

Gözlənildiyi kimi Çinin prezidenti Si Szinpin də “Waldorf Astoria”da qalacaq. Bundan başqa Rusiya prezidenti Vladimir Putin, Hnidistanın baş naziri Narendra Modi və Pakistanın baş naziri Navaz Şərif də bu oteldə qalacaqlar. 

Bir müddət əvvəl ABŞ xüsusi xidmət orqanları tərəfindən dinlənildiyi meydana çıxan Almaniya kansleri Angela Merkel və Braziliya prezidenti Dilma Russef Mənhəttendən uzaq qalmağa üstünlük veriblər. Xanım dövlət başçılarından Merkel “Mandarin Oriental”da, Russef isə “Plaza Athene”də qalacaq./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar