Banqladeşdə Myanmadan olan arakan qaçqınlarının sayı 500 min nəfəri ötüb
29.09.2017 722 0
Myanmanın Arakan vilayətindəki zorakılıqlardan yaxa qurtarmaq üçün qonşu Banqladeşə qaçan müsəlmanların sayı 500 min nəfəri ötüb.
Məlumata görə, bu barədə "Anadolu" agentliyinə BMT Ali komissarının qaçqınlar üzrə nümayəndəsi Dunya Aslam Xan xəbər verib.
Onun sözlərinə görə, qaçqınlar Koks-Bazardakı düşərgədə və müvəqqəti məskunlaşma mərkəzində sığınacaq tapıblar.
Miqrasiya üzrə Beynəlxalq Təşkilatın nümayəndəsi Coel Millman sentyabrın 26-da Banqladeşdəki arakan qaçqınlarının sayının 480 min nəfər olduğunu bildirmişdi./Report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər