Minlərlə insanın hökumət əlayhinə nümayişə çıxdığı Kişinyovda küçələr polisin ciddə nəzarəti altına alınıb.
Məlumata görə, Moldova paytaxtında başlanan etirazlar 2014-cü ildə baş vermiş korrupsiya qalmaqalı ilə bağlıdır. Aydın olmuşdu ki, müxtəlif maliyyə dələdüzluqları nəticəsində ölkənin banklarından 1 milyrad dollar yoxa çıxıb.
Kişinyovda etiraz mitinqi - 24 yanvar 2016-cı il
Qəribədir ki, nümayişlərin gedişi zamanı gözlənilmədən qərbyönümlü və rusiyapərəst bloklar müttəfiqlik nümayiş etdiriblər. Onlar yerli oliqarxlarla isti münasibətlər qurmuş və korrupsiyaya bulaşdığını düşündükləri hökumətin istefasını tələb edirlər. Mitinqdə milli xilas komitəsinin yaradılması qərara alınıb.
Pavel Fillipin baş nazir seçilməsi sol müxalifətin etirazına səbəb oldu
Moldova 2016-ci ilə hökumətsiz daxil olmuşdu. 2015-ci il oktyabrın 29-da baş nazir Valeri Streletsin rəhbərlike etdiyi hökumət istefaya göndərilmişdi. Bu il yanıvarın 20-də deputatlar Demokratik Partiyanın təmsilçisi Pavel Fillipin rəhbərliyi altında yeni hökumət formalaşdırdılar.
Elə həmin gün müxalifət Kişnyovda parlamentə hücum başalyıb. Etirazçılarla polis arasında toqquşma baş verib. Nəticədə 30 nəfər xəsarət alıb ki, onların 27-si polisdir. Molodva baş prokurorluğu kütləvi toqquşmaya görə cinayət işi qaldırıb.
Moldovanın xəritəsi
Moldova Respublikası Avropanın cənub-şərqində yerləşən dövlətdir. Şimalda, şərqdə və cənubda Ukrayna, qərbdə Rumıniya ilə həmsərhəddir. 1940-cı ildə SSRİ tərəfindən Rumıniyadan qoparılmış Bessarabiya torpaqlarında yaradılmış və SSRİ-nin tərkibinə müttəfiq respublika statusu ilə daxil edilmişdir. Moldovanın Dnestr çayından şərqdəki əraziləri 1991-ci ildən tanınmamış Dnestryanı Moldova Respublikasının nəzarətindədir.
Moldovanın adı Moldova çayının adındandır. Moldova Knyazlığının 1359-cu ildə əsası qoyulanda bu çayın vadisi siyasi mərkəz olub./anspress/