Bankın qadın əməkdaşı milyonlar oğurladı
25.09.2019 626 0.0 0

Rusiyada bir-birinin ardınca bankların qadın əməkdaşları oğurluq edir. Hər dəfə də söhbət milyonlarla rubldan gedir.
Qazeta.info Bizimyol.info -ya istinadla xəbər verir ki, Başqırdıstanın paytaxtı Ufa şəhərindəki “Otkrıtie” bankının filiallarının birində böyük pullar yoxa çıxdığı məlum olub. Araşdırma izi qadın əməkdaşlardan birinin üzərinə çıxarıb. Təkcə onun 6,5 milyon rubl (təxminən 100 min dollar) mənimsədiyi dəqiqləşib.
Ümumiyyətlə, bankın əməkdaşı tək oğurlamırmış. Filial müdiri də fəallıq göstəririmiş. Onlar birlikdə son 2,5 ildə 43 milyon rubl (təxminən 650 min dollar) mənimsəyiblər. Hər ikisinə qarşı külli miqdarda mənimsəmə maddəsi ilə cinayət işi açılıb.

Bu il ən səs-küylü oğurluq hadisəsi də Başqırdıstanda olmuşdu. Mayda Salavat şəhərində “Rosselxozbank”ın xəzinədarı Luiza Xayrullina 24,5 milyon rublla (təxminən 400 min dollar) yoxa çıxmışdı. Onu iki ay sonra Kazanda tapmışdılar. Məlum olmuşdu ki, Xayrullina iki uşağı və əri ilə orada kirayədə yaşayır, ailəni tanıyanlardan gizlənirlər. Sonradan xəzinədarın əri Marat Xayrullin etiraf etmişdi ki, pulları qumarda uduzub.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar