Banka borcu olduğuna görə özünü asdı (FOTO)
09.07.2015 731 0.0 0

Bərdədə baş vermiş intihar hadisəsinin bəzi təfərrufatları bəlli olub. Məlumata görə, 23 yaşlı Yevlax rayonunda anadan olmuş hazırda Bərdədə qeydiyyatda olan Elşad Vaqif oğlu Dadaşov özünü kəndirlə  "Tərtərçay"büzərindəki körpüdən borca görə asıb.

Bərdə Rayon Polis Şöbəsindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) açılıb. İlkin ehtimallara görə E.Dadaşov banka borcu olduğu üçün intihar edib.

Hadisənin gecə saatarında baş verdiyi ehtimal edilir. Meyit bu gün səhər 08:00 radələrində aşkar edilib. 

Meyit Məhkəmə tibbi ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə aparılıb. Müayinədən sonra ailəsinə təhvil verilib. 

Qeyd edək ki, Elşad Dadaşov ailəlidir, 1 övladı var. Hazırda faktla bağlı Bərdə rayon prokurorluğunda araşdırma aparır./anspress/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar