«Bank of Baku» müştərilərinə məhdudiyyət qoydu
29.01.2016 811 0
“Bank of Baku” “Loyallıq layihəsi” çərçivəsində müştərilərinə verdiyi “Dostlar klubu” kartlarından kredit xətti kimi istifadə edilməsinə müvəqqəti məhdudiyyət qoyub. Qazeta.info bildirir ki, bu barədə fins.az-a bankdan bildirilib. Artıq “Bank of Baku” müştərilərini bu barədə məlumatlandırmağa başlayıb.
Xatırladaq ki, “Dostlar klubu”na bankla 1 ildən çox əməkdaşlıq etmiş müsbət kredit tarixçəsinə malik müştərilər daxil edilir. Klub üzvlərinə gümüş standart, gümüş, qızıl və brilyant kartlar verilir. Bu kartlarda müvafiq olaraq 100, 200, 300 və 400 manat pul olur.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər