Balqabaq möcüzəsi
27.10.2016 1827 0.0 0

Balqabağın faydaları


Balqabaq çox zəngin mineral tərkibə malik olan C, E, PP, K, B qrupu vitaminləri, mineral və mikroelementlər (dəmir, mis, kalium, ftor, sink, kalsium), fruktoza, pektin maddələri özündə cəmləyir.
Zəngin tərkib balqabaq insanın müxtəlif orqan və sistemləri üçün çox faydalıdır.
Balqabaq həzm sistemi üçün çox faydalı olmaqla Qara ciyər, öd üçün  xüsusilə faydalıdır - bu orqanları təmizləyir, fəaliyyətini yaxşılaşdırır.

Balqabaq qara ciyər sirrozu və iltihabları zamanı müalicəvi vasitə kimi istifadə olunur.
Balqabaq və balqabaq şirəsi sinir və ürək-damar sisteminə müsbət təsir edir, qan damarları təmizləyir və möhkəmləndirir, nevroz və yuxusuzluqla mübarizə edir.
Balqabaq orqanizmi ödemlərdən azad edir, böyrəklərin funksiyasını yaxşılaşdırır.
Pektin maddələri ilə zəngin olan balqabaq orqanizmi toksinlərdən və digər ziyanlı maddələrdən təmizləyir, artıq xolesterini orqanizmdən çıxarır.
Hamiləlik zamanı balqabaq toksikozla mübarizə etməyə kömək edir.
Sellülozla zəngin olan balqabaq qəbizlik zamanı yaxşı kömək edir, arıqlamaq məqsədi ilə tutulan pəhrizlərdə uğurla istifadə oluna bilər.
Balqabaq karotinlə faydalıdır. Bu qalqabağı görməsində pozulmalar olan insanlar üçün və xüsusilə uşaqlar üçün çox faydalı edir.
Balqabaq dəmirlə olduqca zəngindir. Bu səbəbdən anemiyadan (qanazlığı) əziyyət çəkən insanlar bu tərəvəzi öz menyusuna mütləq daxil etməlidir.
Balqabaq şirəsi öskürklə mübarizə aparır, bronxları təmizləyir.
Balqabağın tumları da çox faydalıdır. Bu tumlar sinklə zəngindir. Sink isə kişilərin cinsiyyət funksiyasına çox müsbət təsir edir - potensiyanı gücləndirir, spermatogenezə müsbət təsir edir.
Bundan əlavə balqabaq tumları antihelmint (qurdları öldürən) təsirinə malikdir. Bu xüsusilə uşaqlar üçün vacibdir. Hər gün uşağa 1 ovuc (uşaq ovucu) təmizlənmiş balqabaq tumları vermək olar.
Müxtəlif dəri xəstəlikləri (psoriaz, ekzema), yanıqlar zamanı təzə balqabaq effektli müalicəvi vasitə kimi istifadə oluna bilər. Bunun üçün təzə balqabağın 1 tikəsini götürüb, qabığını soymaq, əzmək və zədələnmiş sahəyə qoymaq lazımdır.
Balqabaq üz dərisinə də çox müsbət təsir edir, cavanlaşdırır, daha hamar və sağlam saxlayır. Bu kimi cavanlaşdıran üz maskası reseptindən istifadə edə bilərsiniz: balğabağın kiçik tikəsi təzmizlənir, sürtgəcdən keçirilir. Ora 1 xörək qaşığı xama və 1 çay qaşığı bal əlavə olunur və yaxşı qarışdırılır. Maskanı üzünüzə çəkin və 20 dəqiqədən sonra ilıq su ilə yuyun.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar