Balakəndə zavodda baş verən partlayışın səbəbi açıqlanıb
04.01.2016 511 0.0 0

 Balakəndə “Azəryem Sənaye” MMC-yə məxsus zavodun ərazisində partlayış qazanxanada olan qazanın üzərində yerləşdirilmiş qoruyucu klapanın işləməməsi səbəbindən baş verib. Qazeta.info bildirir ki, bunu “Report”a istilik sistemləri üzrə mütəxəssis İsa Əsgərov deyib. 

O bildirib ki, klapanın işləməməsi səbəbindən qazanda yüksək təzyiq və par əmələ gəlib. Nəticədə partlayış hadisəsi olub.

Qeyd edək ki, bu gün 10:30-da “Azəryem Sənaye” MMC-yə məxsus zavodun ərazisindəki qazanxanada partlayış baş verib. Nəticədə zavodda işləyən Qullar kənd sakini, 26 yaşlı Elçin Əliyev hadisə yerində keçinib, digər işçilər - Qullar kənd sakini, 26 yaşlı Novruz Nastakalov və Qazma kənd sakini, 34 yaşlı Anar Bozurov isə xəsarət alıblar. Yaralılar Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı Balakən Rayon Prokurorluğunda cinayət işi açılıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar