Bal yarmarkasında iştirak etmək istəyirsinizsə, QAYDALAR
11.09.2019 658 0.0 0

28 sentyabr-18 oktyabr tarixlərdə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək.

Qazeta.info Trend-in məlumatına əsasən bildirir ki, “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti (ASC) fermerlərin və arıçıların yarmarkada iştirakı ilə bağlı qaydaları açıqlayıb. Qaydalara görə, yarmarkada iştirakçı sayı hər bir rayondan maksimum 40 nəfər ola bilər.

İştirakçılar növbəli şəkildə seçiləcək. Arıçılar yarmarkada iştirak etmək üçün minimum 20 arı ailəsinə sahib olmalıdır. Arıçılar yarmarkaya maksimum 400 kq bal və maksimum 30 ədəd arı şanı (çərçivə) çıxara bilər.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar