«BakuBus»a məxsus daha bir marşrutun istiqaməti dəyişdirilir
25.02.2016 631 0
"BakuBus" MMC-yə məxsus 14 saylı marşrutun istiqaməti dəyişdiriləcək. Məlumata görə, bu barədə MMC-nin mətbuat katibi Nuridə Allahyarova məlumat verib.
“Fevralın 26-da paytaxtın Xətai rayonunda yerləşən “Ana harayı” abidəsinin önündə keçiriləcək ümumxalq hüzn mərasimi ilə əlaqədar Xocalı prospekti istiqamətində Nəcəfqulu Rəfiyev, Yusif Səfərov, Süleyman Vəzirov, Mehdi Mehdizadə küçələrinin kəsişmələrindən avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. "BakuBus"a məxsus 14 saylı marşrut xətti bu səbəbdən hər iki istiqamətdə Xətai metro stansiyasının önündən keçməyəcək”, - deyə N. Allahyarova bildirib./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər