BAKO HARAM- 40 OĞLANI ƏSİR GÖTÜRDÜ
04.01.2015 933 0.0 0

Qazeta.info xarici mətbuata istinadən xəbər verir ki, “Boko Haram“ terror təşkilatı Nigeriyanın ucqar kəndlərindən birinə hücum edib. Yaşı 15-23 arası olan 40 nəfər oğlan əsir götürülüb.
 

Silahlılar Malari kəndinə cümə günü axşam saat 8 radələrində hücum ediblər. Onlar silahlı olsalar da atəş insanlara açmayıblar.

Ümumiyyətlə Boko Haram təşkilatının Nigeriyada son 5 ildir təşkil etdiyi hücumlar nəticəsində, əksəriyyəti dinc sakin olmaqla 13 min nəfər həyatını itirib.

Xatırladaq ki, bu il onların əsir apardığı məktəbli qızlardan 200 nəfiri hələ də terrorçu təşkilatın əlindədir. Nigeriya hökumətinə ümidini itirən valideynlər BMT-yə müraciət ediblər. Onlar xahiş edirlər ki, BMT onların qızlarını geri qaytarmaq üçün hərbi əməliyyat keçirsin. 

“Boko Haram” təşkilatının lideri Əbubəkr Şekau isə bəyan etmişdi ki, həmin qızlar təşkilatın komandirlərinə ərə gedib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar