Bakıya yoltəmizləyən maşınların gətirilməsi təklif olunur
06.04.2018 1046 0.0 0

Bakıya yoltəmizləyən maşınların gətirilməsi təklif olunur.

Milli Məclisin deputatı Aydın Mirzəzadə “Report”a açıqlamasında bildirib ki, Bakıda nəqliyyatın intensiv hərəkət etdiyi yollarda təmizlik işləri üçün canlı qüvvədən istifadə etmək olmaz. Bu işin çox təhlükəli olduğuna diqqət çəkən deputat qeyd edib ki, süpürgəçilər üçün xüsusi geyimlər verilsə belə, həmin yollarda yalnız texnika işləməlidir: “Avtomobillə həmin yollardan keçərkən kənarda təmizlik işləri aparan qadınları görəndə həyəcan hissi keçirirəm. Bir nəfərin itkisi belə bizim üçün çox ağırdır. Çünki o da kiminsə anası və həyat yoldaşıdır. Bu baxımdan yollarda ancaq texnikanın istifadə edilməsini məqbul hesab edirəm”.

A.Mirzəzadə əlavə edib ki, Milli Məclisdə cəmiyyətdə baş verən sosial problemlər qaldırılır: “Adıçəkilən məsələ də parlamentdə bir neçə dəfə səsləndirilib. Təbii ki, hər zaman bu problem gündəmdə qalmalıdır. Lakin, ilk növbədə, məsələnin həlli ilə məşğul olan təşkilatlar mövcud çıxış yolları axtarıb tapmalıdır. Bir sözlə, hərəkət edən maşınla süpürgəçinin təması mümkünsüz olmalıdır. Süpürgəçilər üçün verilən xüsusi jiletlər müəyyən bir çıxış yoludur. Lakin hərəkətdə olan avtomobillə yolda, yol qırağında olan insanın toqquşması ehtimalı çox yüksəkdir”. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar