Birinci Avropa Oyunlarında iştirak edəcək Ermənistan idmançıları artıq Azərbaycanın paytaxtı Bakıdadırlar.
Məlumata görə, erməniləri Heydər Əliyev adına Hava Limanında Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin xüsusi nümayəndələri və könüllülər qarşılayıb. İdmançılar onlar üçün ayrılan avtobuslarla Atletlər kəndinə yola salınıb.
Ermənistan nümayəndə heyətində əvvəlcədən 28 idmançının iştirak edəcəyi bildirilsə də, Bakıya 18 idmançı gəlib. Ermənilər idmanın boks, güləş, atıcılıq, sambo, cüdo növləri üzrə yarışacaq.
Boks idman növü üzrə; Narek Abgaryan, Artyom Aleksanyan, Nikol Arutyunov, Aram Avagyan, Hovhannes Bachkov, Samvel Barseghyan
Güləş idman növü üzrə; Roman Amoyan, Migran Arutyunyan, Levan Berianidze, Karapet Chalyan, Valodya Frangulyan, Grigor Grigoryan, Garik Barseghyan
Atıcılıq idman növü üzrə; Norayr Arakelyan, Hrachik Babayan
Sambo idman növü üzrə; Ashot Danielyan. Sose Balasanyan
Cüdo idman növü üzrə; Hovhannes Davtyan.
Baku-2015.com saytında Bakıya gələn erməni idmançıların siyahısı və onlar barədə ətraflı məlumatlar yer alıb. /anspress/