Bakının yeni Baş Planının bəzi detalları açıqlanıb
09.12.2019 507 0
“Bakı şəhərinin inkişafı sistemli şəkildə həyata keçirilməlidir”.
Qazeta.info “Report”-a istinadla xəbər verir ki, bunu Bakıda keçirilən "Kreativ Azərbaycan” portalının təqdimatında və “Yaradıcı və mədəniyyət sənayeləri: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar” mövzusunda panel müzakirələrdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Anar Quliyev deyib.
Onun sözlərinə görə, bu məsələ paytaxtın yeni hazırlanan Baş Planında öz əksini tapıb: “Həmin sənəddə çoxmərkəzli yanaşma təklif olunur, həmçinin ətraf mühitin mühafizəsi, strateji layihələrlə bağlı məsələlər var. Belə ki, yaradıcı klasterlərin formalaşdırılması öz əksini tapıb”.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər