Bakının yeni avtobusları (FOTO)
07.03.2015 764 0.0 0

Bakıya yeni sərnişin avtobusları gətirilib. 

Bu barədə yeni avtobusları gətirən “Çinar-Trans” MMC-nin direktoru Etibar Manafov məlumat verib.

Verilən məlumata görə, yeni gətirilən avtobuslar 25 oturacaqdan ibarətdir. Bundan başqa, avtobusda 30 nəfərə qədər sərnişin ayaq üstə dayana bilər.

Avtobus Avro 5 standartlarına uyğundur. Avtobusda 3 kamera var. Sürücü kabinəsində isə monitor quraşdırılıb. Sürücü monitor vasitəsilə avtobusu bütünlüklə görə bilir. Avtobusda baş verənlər isə kameranın yaddaşına yazılır. Sürücü səsgücləndirici vasitəsilə sərnişinlərə müraciət də edə bilər.

Sərnişin avtobusunda kondisioner və istilik sistemləri quraşdırılıb.

Qeyd edək ki, yeni avtobuslar İtaliya və Türkiyənin birgə istehalıdır.

Yeni avtobusların ən mühüm xüsusiyyəti isə arxa və ön hissələrin yola uyğun idarə ediliməsidir.

Yeni avtobuslar hələlik 15 ədəd gətirilib. Sərnişin avtobusları hələlik 88 saylı avtobus üzrə hərəkət edəcək./anspress/

 

 

 

 

 



 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar