Bakının mərkəzi yolu bağlandı
05.03.2015 809 0
Paytaxtın mərkəzi küçələrindən biri təmirə bağlandı.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-ə istinadən verilən məlumatına görə, bu gündən etibarən Süleyman Rüstəmov küçəsinin təmirinə start verilib.
Təmir işləri I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar nəzərdə tutulmuş tədbirlər planı çərçivəsində aparılır.
"Hazırda uzunluğu 220 m, eni isə 14 m təşkil edən küçədə köhnə asfalt-beton örtüyünün frez mexanizmi vasitəsilə qaşınıb çıxarılması işləri aparılır", - deyə ASC-nin mətbuat xidmətinindən bildirilib./anspress/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər