Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib.
Qazeta.info bildirir ki, bu barədə qurumun mətbuat katibi Yolçu Xanvəli “Qafqazinfo”ya məlumat verib.
Y. Xanvəli Bakı şəhərində fəaliyyət göstərən 10 daimi kəsim və satış məntəqələrinin adlarını da açıqlayıb. O qeyd edib ki, digər günlərdəki kimi Qurban bayramı günlərində həmin məntəqələrə nəzarət olacaq: “Ancaq bunlar dislokasiya olunmuş məntəqələr deyil. Hələ ki, heç bir icra hakimiyyətindən bizə əlavə kəsim və satış məntəqələrinin adları daxil olmayıb”.
Məntəqələrin adlarını təqdim edirik
“Ese” MMC ət və ət məhsullarının satışı firması,
Binəqədi rayonu "Nəsimi Hüseynov"
Nizami rayonu Bəkir Çobanzadə küçəsi
Binəqədi rayonu Atatürk və F. Hüseynov küçələrinin kəsişməsi
Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, Keşlə bazarı
“Azprotein Foods” ət kəsim zavodu,
Xəzər rayonu, Binə qəsəbəsi
“Qoç ət” Qaradağ rayonu, Lökbatan qəsəbəsi
“Bəsid” firması Nizami rayonu
Bayıl qəsəbəsi
“Ucal Ergün”-Nərimanov rayonu
“Öz fermamızdan” Xəzər rayonu, Binə qəsəbəsi