Bakının bəzi küçələrində tıxaclar yaranıb
25.10.2016 543 0.0 0

Bakının mərkəzindən Binəqədi qəsəbəsi istiqamətində, eləcə də əks istiqamətdə avtomobillərin hərəkətində böyük tıxac yaranıb.

 

Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

 

Sürücülərdən alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

 

Bununla yanaşı, hazırda Tiflis prospektində, Koroğlu Rəhimov, Əhmədbəy ağa oğlu, Bakıxanov, Cəfər Cabbarlı, Zivərbəy Əhmədbəyov küçələrində və Ziya Bünyadov küçəsindən metronun Koroğlu stansiyası istiqamətində sıxlıq müşahidə edilir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar