Bakının ali məktəbində çəkilən bu foto çox danışılacaq
03.03.2015 803 0.0 0

Tibb Universitetinin tələbələri dərs zamanı mobil tlefonla başlarını qatırlar. Məlumata görə, bu barədə ANS TV-nin "Şəbəkə" verilişində məlumat verilib. Günay adlı tamaşaçı universitetin dərs zamanı telefonla oynamalarını əks etdirən fotonu çəkərək verilə göndərib.

"Bu fotonu “Şəbəkə"nin "poçt qutusu" rubrikasında efirə verdik. Fotonu bizə göndərən Günay adlı tamaşaçımız iddia edir ki, Tibb Universitetinin tələbələri dərs vaxtı telefonla "oynayır". Foto efirə gedəndən dərhal sonra aləm qarışdı bir-birinə. Tezliklə fotoda görünən və görünməyən tələbələr inboxuma "hücum" etdilər. Mən onları ANS-ə dəvət etdim. Gənclərlə söhbətim zamanı onlar ciddi cəhdlə dedilər ki, bu foto dərs vaxtı deyil, tənəffüsdə çəkilib. Amma universitetin bəzi tələbələri (hansılar ki, adlarının açıqlanmasını istəmirlər) səmimi şəkildə etiraf ediblər ki, bəli dərs zamanı auditoriyada başı telefona qarışan tələbələr olur”, - deyə verilişdə bildirilib./anspress/


 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar