Ötən ay Moskvanın Presnensk Rayon Məhkəməsi tərəfindən həbs edilən azərbaycanlı milyarder Roman Manaşirovun ailəinə məxsus evdə axtarış aparılıb. Məlumata görə, o iki ay müddətinə həbs edilmişdi. Manaşirov 2 milyon rubl (32 min 600 manat) rüşvətin verilməsində vasitəçilikdə ittiham olunur.
İstintaqın versiyasına görə, Manaşirov öz biznesmen həmkarı Januko Rafailovun rüşvətini Moskva Daxili İşlər Nazirliyinin müstəntiqləri Viktor Rubaşkin və Vladimir Andrievskiyə verməkdə vasitəçilik edib.
Oliqarxın qardaşı Solomonun dəbdəbəli, üç mərtəbəli kotteci gözəlliyi ilə insanı heyran edir. Axtarış zamanı Solomon Manaşirovun evinin antiq əşyalar və bahalı rəsm əsərləri ilə dolu olduğu bəlli olub.
Oliqarxın qardaşının evi
Tapılan rəsm əsərləri arasında 1514-cü ildə çəkilmiş italiyalı rəssam Tisian Veçellionun da əsəri var. İndi bu əsərin mülkə necə düşdüyü, onun saxta olub-olmadığı yoxlanılacaq.
Yağı boya ilə çəkilən "Yer üzündə və göylərdə məhəbbət" adlı əsərin Romadakı Borqeza qaleriyasında saxlandığı deyilirdi. Əsər heç vaxt şəxsi kolleksiyada olmayıb.
Adıçəkilən rəsm əsəri
Axtarış aparmaq üçün güc sturukturlarına əlavə kömək lazım olub. Çünki villa xüsusi mühafizə edilən ərazidə yerləşib. Dəbdəbəli üçmərtəbəli kotec mərmər, qızılı tonlarda bəzədilib.
Bundan başqa polislər onun anasının hüququşünaslarla danışığı da ələ keçib. Orada Raisa Manaşirova iddia edir ki, oğlu doğurdanda reketliklə məşğul olub. "Januko Rafailovun atası mənim ərim ilə dostluq edirdi. Bir-birlərinə qonaq gedirdilər. O, həmişə mənə qardaşımın arvadı deyirdi. O, oğlunun nə etdiyini bilsə qəbrində rahat uyuya bilməzdi. Onların ümumi işi var idi. Bəs onlar nə istəyirdilər? Hər şeyin havayı olmasını? Pulsuz vəkil tutmaq olmaz. Roman öz cibindən onların yerinə ödəniş etməli idi?".
Manaşirov 1969-cu il mayın 10-da Bakıda dağ yəhudilərinin ailəsində doğulub. Uşaqlıq və gəncliyinin çox hissəsini Manaşirov Quba rayonunun Qırmızı qəsəbəsində keçirib. 1986-cı ildə məktəbi bitirdikdən sonra Roman hüquqi təhsil almaq məqsədi ilə Moskvaya köçüb. O, Rusiya paytaxtının ən böyük sahibkarlarından sayılır, paytaxtda böyük inşaat biznesinə malikdir. "Praqa pasajı" TRÇ, "Armada" MTK, Qrand Siti ticarət-sərgisi kompleksləri və başqa obyektlərin şərikidir. Bəzi mənbələr Manaşirovun kapitalını 700 milyon dollar civarında qiymətləndirir./anspress/