Bakıdan toya getdilər, arvadını boğub öldürdü - VİDEO
14.09.2017 1929 0.0 0

Daşkəsəndə qətl hadisəsi baş verib. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Bayan kəndində qeydə alınıb.

 

Kənd sakini, 1984-cü il təvəllüdlü Həsənov Ramil Rafiq oğlu qısqanclıq zəminində həyat yoldaşı, 1990-cı il təvəllüdlü Əzizova Könül Hafiz qızını boğaraq öldürüb. Qadının əmisi ailənin Bakı şəhərində yaşadığını deyib. Ötən gün isə onlar Könül Əzizovanın əmisi nəvəsinin toy şənliyində iştirak ediblər. Kənddə qadının atası evində qalan Ramil Həsənov səhər saatlarında yoldaşını boğaraq öldürüb.

 

Qeyd edək ki, ailənin 8 yaşlı bir övladı var.

 

Həyat yoldaşını öldürən Ramil Həsənov könüllü olaraq polisə təslim olub. Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar