Azərbaycan ABŞ prezidenti Barak Obamanı Avrasiya ilə bağlı daha dəqiq uzun müddətli geosiyasi strategiya formalaşdırmağa çağırıb.
Məlumata görə, bu barədə “The Washington Times” qəzeti yazıb.Yazdıda qeyd olundu]una görə, rəsmi Bakı xəbərdarlıq edib ki, belə getsə, Vaşinqton bu regiona təsir imkanlarını itirə bilər.
Qəzet xatırladır ki, Azərbaycan cənubdan İranla və şimaldan Rusiya ilə sərhədi olan bir ölkədir və “Cənub qaz dəhlizi” layihəsinin iştirakçısıdır. “Bu, qaz və neft dəhlizi deyil, azadlıq dəhlizidir”, - deyə Azərbaycan parlamentinin beynəlxalq münasibətlər komitəsinin başçısı Səməd Seyidov “The Washington Times”ın keçirdiyi forumda bildirib.
Seyidov həmçinin bildirib ki, strateji baxımdan ABŞ-ın regionda əvvəlkinə baxanda “dostları həddindən azdır”. “Bax buna görə biz regiona daha böyük diqqət, daha geniş strateji yanaşma görmək istərdik”,- deyə o vurğulayıb. //AnsPress