Bakıda paytaxt sakininin bıçaqlanması ilə nəticələnən cinayət hadisəsi baş verib.Məlumata görə, Səbail rayonunda küçədə bıçaqlanan şəxs ağır vəziyyətdə tapılaraq xəstəxanaya yerləşirilib. Rayon sakini Yuri Qaqarin 20-ci sahə adlanan ərazidə naməlum şəraitdə bıçaqlanıb.
Müayinə zamanı onun bir neçə bıçaq xəsarəti aldığı müəyyən edilib.
Xəstəxanada əməliyyat olunandan sonra Yuri Qaqarin 8-ci polis bölməsinin əməkdaşlarına tanımadığı şəxs tərəfindən bıçaqlandığını bildirib. Onun sözlərinə görə, yolla gedərkən həmin şəxs ona hücum çəkib. Daha sonra heç nədən xəbərsiz olan Yuri, gözlərini açdığında xəstəxanada olduğunu görüb.
Hazırda polis qanlı hadisənin təfərrüatlarını araşdırır. Bıçaqlanan Qaqarinin ifadəsində nə dərəcə səmimi olması da müzakirə olunur. /anspress/