Bakıda güllələnmə hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə Binəqədi rayonu ərazisindəki tikinti materialları bazarında qeydə alınıb.
Bazarda mühafizəçi işləyən 1985-ci il təvəllüdlü Elmar Canatov güllələnib. Mühafizəçi xeyli qan itirib və iş yoldaşları tərəfindən Akademik Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, Elmar Canatovun vəziyyəti ağırdır, hazırda əməliyyat olunur.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, o cümlədən, Binəqədi Rayon Polis İdarəsinin rəis Namiq İsmayılov gəlib. Namiq İsmaylov açıqlamasında bildirib ki, hadisə ailə münaqişəsi zəminində baş verib. Elmar Canatovu bacısının həyat yoldaşı güllələyib və hadisə yerindən qaçıb. Artıq şübhəlinin yeri müəyyən edilərək saxlanılıb. Bu barədə məlumat Binəqədi Rayon Polis İdarəsindən verilib. Saxlanılan şəxs 1976-cı il təvəllüdlü Fasadov Mehman Əlican oğludur.
Faktla bağlı cinayət işi başlanılıb.