Bakıda Yeni il ərəfəsində yarmarkaları təşkil olunacaq (VİDEO)
09.12.2015 868 0.0 0

Yeni il ərəfəsində Bakıda 5 gün ardıcıl kənd təsərrüfatı məhsullarının satış yarmarkaları keçiriləcək. 

ANS TV-nin məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirib ki, yarmarkalar dekabrın 26-dan 31-dək davam edəcək. 

Yarmarkalar Bakı ilə yanaşı, Sumqayıt şəhərində də keçiriləcək. Satış yarmarkaları Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyat və Sənaye Nazirliyi tərəfindən təşkil olunacaq.

Qurum rəsmisinin sözlərinə görə yarmarkaların fəaliyyəti yalnız insanların kənd təsərrüfatı məhsullarına olan ehtiyacını ödəmir. Eyni zamanda fermerlər istehsaldan gəlir əldə etmək imkanı qazanırlar.

Bakıda kənd təsərrüfatı məhsullarının satış yarmarkaları artıq bir neçə ildir keçirlir. Yarmarkaların keçirilməsində əsas məqsəd süni qiymət artımının qarşısını almaq və alıcıları daha ucuz qiymətlərlə satılan məhsullarla təmin etməkdir./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar